21 sentyabr 2026. Bazar ertəsi

“Hakim onların xeyrinə çoxlu qərarlar verdi”


“Hakim onların xeyrinə çoxlu qərarlar verdi”

“Fulhem”in baş məşqçisi Alvaro Arbeloa İngiltərə Premyer Liqasının V turunda “Mançester Yunayted”lə heç-heçə etdikləri matçdan sonra açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, Arbeloa komandasının qələbəyə çox yaxın olduğunu və hakim qərarlarından narazı qaldığını bildirib:

“Çox yaxın idik. Yenə bir az bəxtimiz gətirmədi. Belə böyük komandaya qarşı oyunun çətin olacağını bilirdik. Hakimin matç boyu necə qərarlar verdiyini də gördük. Onların xeyrinə çoxlu qərarlar oldu. Məsələn, Maquayra qarşı epizodda bunu görmək mümkündür”.

İspaniyalı mütəxəssis ilk qələbəni qazana bilmədikləri üçün məyus olduqlarını, lakin komandanın xarakter nümayiş etdirdiyini vurğulayıb:

“İlk qələbəmizə çox yaxın idik, buna görə hazırda bir qədər məyusuq. Sonuncu pillədə idik, amma xarakter göstərdik və cəsarətli oynadıq. Bəzi məqamlarda müdafiə olunmalı olduq, lakin ümumilikdə yaxşı oyun keçirdik”.

Arbeloa “Mançester Yunayted”in mövsümün sonunda turnir cədvəlinin yuxarı pillələrində yer alacağını düşündüyünü də qeyd edib:

“Bu, böyük komandaya qarşı çətin oyun idi. Düşünürəm ki, mövsümün sonunda onlar cədvəlin yuxarı hissəsində olacaqlar. İndi bizim ilk qələbəmizi qazanmağımız lazımdır. Hansı komanda olmaq istədiyimizi göstərdik. Belə oynamağa davam etsək, qələbələr gələcək”.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.“Fulhem” 5 turdan sonra 2 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.







İngiltərə P.L.

“Bu oyunu qazanmalı idik”
  • İngiltərə P.L.
  • 23:08 20.09.2026
“Bu oyunu qazanmalı idik”
“Brentford” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 00:57 19.09.2026
“Brentford” “Çelsi”ni darmadağın etdi
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
  • İngiltərə P.L.
  • 00:19 19.09.2026
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi