21 sentyabr 2026. Bazar ertəsi

“Bu oyunu qazanmalı idik”


“Bu oyunu qazanmalı idik”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasının V turunda “Fulhem”lə heç-heçə etdikləri matçı şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, Kerrik komandasının qələbə qazanmaq üçün kifayət qədər imkan yaratdığını bildirib:

“Düşünürəm ki, bu oyunu qazanmalı idik və qələbə üçün kifayət qədər imkan yaratdıq. Elə qollardan birini buraxdıq ki, həmin anda ‘bu gün bizim günümüz deyil’ deyə düşünə bilərsən. Amma komandamızın reaksiyası xoşuma gəldi. Matçın sonlarında qələbəni əldə etməyə çox yaxın olduq. Oyunun necə inkişaf etməsi və onu necə başa vurmağımız müsbət məqamdır”.

Komandanın həddindən artıq passiv oynadığı ilə bağlı suala Kerrik belə cavab verib:

“Mən belə düşünmürəm. Sizcə, passiv oynadıq? Futbol mürəkkəb oyundur. İlk hissədə oyunun gedişinə böyük ölçüdə nəzarət edirdik. Bu, Premyer Liqadır və burada hər şeyi tam nəzarətdə saxlaya bilmədiyiniz dəqiqələr olur. Komandanın bütün matç ərzində tam dominantlıq edəcəyini gözləmək olmaz”.

Qeyd edək ki, “Old Trafford” təmsilçisi səfərdə “Fulhem”lə 1:1 hesablı heç-heçə edib.

“Mançester Yunayted” 5 turdan sonra 5 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.







İngiltərə P.L.

“Bu oyunu qazanmalı idik”
  • İngiltərə P.L.
  • 23:08 20.09.2026
“Bu oyunu qazanmalı idik”
“Brentford” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 00:57 19.09.2026
“Brentford” “Çelsi”ni darmadağın etdi
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi
  • İngiltərə P.L.
  • 00:19 19.09.2026
Ueyn Runi televiziyada yeni vəzifəyə keçdi