- İngiltərə P.L.
- 23:24 21.09.2026
İngiltərə Premyer Liqasının V turunda “Aston Villa”ya 2:3 hesabı ilə məğlub olan “Tottenhem” futbolçuları bir həftə istirahət edəcəklər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Telegraph” məlumat yayıb.
“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi futbolçuların fiziki hazırlığından narazı olsa da, komandaya bir həftəlik fasilə veriləcək.
Buna səbəb istirahət günlərinin “Tottenhem” turnir cədvəlində sonuncu – 20-ci pilləyə düşməmişdən əvvəl planlaşdırılmasıdır. Bu səbəbdən De Zerbi əvvəlcədən müəyyənləşdirilmiş qrafiki dəyişməyib.
Bildirilir ki, fasilədən yalnız milli komandalara dəvət almayan futbolçular yararlanacaqlar.
Qeyd edək ki, “Tottenhem” Premyer Liqanın ilk 5 turundan sonra cəmi 2 xal toplayıb. Eyni xala malik “Fulhem” də London təmsilçisi ilə turnir cədvəlinin sonuncu pillələrini bölüşür.
“Tottenhem” mövsümdə ilk qolunu da yalnız V turda vura bilib.