22 sentyabr 2026. Çərşənbə axşamı

“Sanki futbol oynamaqdan zövq almır”


“Sanki futbol oynamaqdan zövq almır”

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen “Mançester Yunayted”in İngiltərə Premyer Liqasının son turunda “Fulhem”lə 1:1 hesablı heç-heçəsinə dair fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Ouen “Mançester Yunayted”in hücum xəttində çıxış edən Markus Raşfordun oyununu tənqid edib.

“Raşford yəqin ki, bu hücumçular arasında ən az görünən futbolçu idi. Bədən dilinə, üzündəki bu qaşqabaqlı ifadəyə baxanda elə görünür ki, o, sadəcə futbol oynamaqdan zövq almır. Bu isə uzun müddətdir məni məyus edir”, - deyə Ouen “Premier League Productions”ın efirində bildirib.

Sabiq forvard Raşfordun psixoloji vəziyyəti barədə də danışıb.

“Elə görünür ki, sanki bütün dünyanın yükü onun çiyinlərindədir. Düşünürsən ki, necə ola bilər? Niyə? O, hər bir insanın arzuladığı həyatı yaşayır. Görünür, pərdəarxasında nəsə baş verir və buna görə də hazırda futbol oynamaqdan zövq almırmış kimi görünür”.

Qeyd edək ki, Raşford “Aston Villa” və “Barselona”da icarə əsasında çıxış etdikdən sonra “Mançester Yunayted”ə qayıdıb. O, cari mövsümdə 5 oyunun 4-də start heyətində yer alıb. İngiltərəli futbolçu hələlik heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.







İngiltərə P.L.

“Sanki futbol oynamaqdan zövq almır”
  • İngiltərə P.L.
  • 23:24 21.09.2026
“Sanki futbol oynamaqdan zövq almır”
“Bu oyunu qazanmalı idik”
  • İngiltərə P.L.
  • 23:08 20.09.2026
“Bu oyunu qazanmalı idik”
“Brentford” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 00:57 19.09.2026
“Brentford” “Çelsi”ni darmadağın etdi