- İngiltərə P.L.
- 23:08 22.09.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla müqaviləsinin uzadılması barədə yekun razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "BBC" məlumat yayıb. Tərəflər arasında danışıqlar bir neçə ay davam edib. Yeni müqavilənin müddəti hələ açıqlanmayıb. Razılaşma Artetanın London klubunda ən azı 10 il çalışmasına imkan verəcək.
İspaniyalı mütəxəssisin yeni müqavilə ilə maaşının da ciddi şəkildə artırılacağı bildirilir. Hazırda Arteta mövsümə 10 milyon funt-sterlinq (11,7 milyon avro) qazanır və 5 milyon funt-sterlinq (5,83 milyon avro) bonus əldə etmək imkanı var.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. London klubu ötən mövsüm 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olub.