8 noyabr 2026. Bazar günü

“Mançester Yunayted” Amorimin işdən çıxarılmasına nə qədər pul ödəyib?


“Mançester Yunayted” Amorimin işdən çıxarılmasına nə qədər pul ödəyib?

“Mançester Yunayted” klubu illik maliyyə hesabatını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisinin hesabatında Ruben Amorim və onun məşqçilər korpusunun istefaya göndərilməsinin kluba 9,5 milyon avroya başa gəldiyi göstərilib.

Portuqaliyalı mütəxəssis yanvar ayında “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən ayrılıb. Amorim klubda bir ildən bir qədər çox çalışıb.

Məlumata görə, əvvəlcə Amorimə ödəniləcək təzminatın məbləği 19,4 milyon avro müəyyənləşdirilib. Lakin müqavilədə məşqçinin başqa klubda işə başlaması halında təzminat məbləğinin azaldılmasını nəzərdə tutan bənd olub.

Amorimin yayda “Milan”ın baş məşqçisi vəzifəsinə təyin olunması “Mançester Yunayted”ə təzminat ödənişində 9,9 milyon avroya qənaət etməyə imkan verib.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”