8 noyabr 2026. Bazar günü

“Mançester Yunayted” stadionunun ot örtüyünü satışa çıxardı


“Mançester Yunayted” stadionunun ot örtüyünü satışa çıxardı

“Mançester Yunayted” azarkeşləri üçün qeyri-adi suvenir satışa çıxarıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq hər kəs komandanın ev oyunlarını keçirdiyi “Old Trafford” stadionunun ot örtüyündən bir parça ala bilər.

Suvenir klubun rəsmi fan-şopunda 125 funt-sterlinqə (təxminən 14 min rubl) satılır. Stadionun ot örtüyü torpaqla birlikdə şəffaf şüşə kubun içərisində təqdim olunur.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeni mövsümünə uğursuz başlayıb. Komanda keçirdiyi 5 oyunda cəmi 5 xal toplayıb və hazırda turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Mançester təmsilçisi 6-cı turda turnir cədvəlinin sonuncu pilləsində yer alan “Tottenhem”lə qarşılaşacaq.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”