- İngiltərə P.L.
- 23:28 23.09.2026
İngiltərə Premyer Liqasında “Arsenal”la “Sanderlend” arasında keçirilən oyunda baş hakim Con Bruksun London klubunun qapısına penalti təyin etməsi səhv qərar kimi qiymətləndirilib.
90deqiqe.Az-ın məlumatına görə, müstəqil əsas oyun epizodları komissiyası hakim qərarını araşdıraraq penalti təyinatının yanlış olduğu qənaətinə gəlib.
Görüş “Arsenal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bruks cərimə meydançasında Ezri Konsa ilə Den Ballard arasında mübarizədən sonra “Sanderlend”in lehinə 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin “Arsenal”ın qapıçısı David Raya Enzo Le Fenin zərbəsini dəf edib.
Komissiyanın beş üzvü penalti qərarının səhv olduğu qənaətinə gəlib.
“Komissiya yekdilliklə razılaşıb ki, oyunçunun saxlanılmasına görə penalti təyin edilməsi ilə bağlı hakimin qərarı düzgün olmayıb”, – deyə hesabatda bildirilib.
Komissiya epizod zamanı hər iki futbolçunun bir-birinə qarşı hərəkət etdiyini qeyd edib. Konsa əvvəlcə Ballardı əlləri ilə qucaqlayıb, daha sonra “Sanderlend”in müdafiəçisi rəqibini saxlayaraq özünə tərəf çəkib.
Bununla belə, VAR hakimlərinin epizoda müdaxilə etməməsi və baş hakimə videoya baxmağı tövsiyə etməməsi düzgün qərar kimi qiymətləndirilib. Komissiya üzvlərinin səsverməsində nəticə 3:2 olub.