26 sentyabr 2026. Şənbə

“Premyer Liqada oynamaq üçün əsl maşın olmalısan”


“Premyer Liqada oynamaq üçün əsl maşın olmalısan”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz “Çelsi” klubunda çıxış edən 36 yaşlı mərkəz yarımmüdafiəçisi Cordan Hendersonun oyununu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, Skoulz hesab edir ki, belə yaşda Premyer Liqada çıxış etmək üçün futbolçu yüksək fiziki hazırlığa malik olmalıdır.

“Bu yaşda Premyer Liqada oynamaq, xüsusən də indiki reallıqlarda, əsl maşın olmağı tələb edir. Əla fiziki formada olmalısan. Burada yalnız təcrübənin hesabına oynamaq mümkün deyil”, – Skoulzun sözlərini “Sky Sports” sitat gətirib.

Qeyd edək ki, ingiltərəli futbolçu ötən yay azad agent kimi “Çelsi”yə keçib. Henderson London klubunun heyətində bir matçda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

İngiltərə çempionatında beş turdan sonra Xabi Alonsonun komandası turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.







İngiltərə P.L.

“Arsenal”ın oyununda hakim səhv edib
  • İngiltərə P.L.
  • 23:28 23.09.2026
“Arsenal”ın oyununda hakim səhv edib