- İngiltərə P.L.
- 23:48 25.09.2026
“Mançester Yunayted” “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozduğu dövrlə bağlı mümkün maliyyə itkilərini daxili şəkildə qiymətləndirib.
90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, hesablamalara Premyer Liqada əldən verilən çempionluqlar və Çempionlar Liqasına vəsiqənin əldə olunmaması ilə bağlı mümkün itkilər də daxil edilib.
Qeyd edək ki, sentyabrın 25-də “The Athletic” “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilindiyini yazıb.
Məlumata görə, “şəhərlilər”ə qarşı irəli sürülən 115 ittihamdan 114-də klub günahkar bilinib. Bu pozuntular 2009-2018-ci illər arasındakı dövrü əhatə edir.