26 sentyabr 2026. Şənbə

“Çelsi”nin futbolçusu “Arsenal”ın oyunçusu ilə münaqişədən danışdı


“Çelsi”nin futbolçusu “Arsenal”ın oyunçusu ilə münaqişədən danışdı

“Çelsi”nin yarımmüdafiəçisi Morqan Rocers London derbisi zamanı “Arsenal”ın futbolçusu Deklan Raysla yaşadığı münaqişədən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, “The Mirror” 24 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

 “Matçdan sonra danışdıq və bir-birimizlə əl sıxdıq. Aramızda hər şey qaydasındadır. Sadəcə, belə oyunlarda qalib gəlmək istəyirik. Bəzən emosiyalar üstünlük təşkil edir, amma hər şey yaxşıdır”

Daha sonra sosial şəbəkələrdə bu münaqişə ilə bağlı müxtəlif memlər yayılıb. Süni intellektin köməyi ilə futbolçuların paltardəyişmə otağında əlbəyaxa olması görüntülərini əks etdirən video da hazırlanıb.

Rocers bu görüntülərə münasibət bildirib:

“Bunu mənə göndərəndə olduqca gülməli olur. Süni intellekt hazırda yeni səviyyəyə çatır. Etdiyin hər şey hər hansı bir şeyin parçasına çevrilə bilər. Əgər söhbət məndən gedirsə, sadəcə gülürəm”, – o qeyd edib.

Qeyd edək ki,Rays Rocersə qarşı kobudluq edib, bundan sonra “Çelsi”nin futbolçusu rəqibini itələyib.

Əlavə edək ki, ötən transfer pəncərəsində Rocers “Arsenal”a keçə bilərdi. Lakin maliyyə məsələsində tərəflər arasında fikir ayrılığı yarandığından transfer baş tutmayıb.







İngiltərə P.L.

“Arsenal”ın oyununda hakim səhv edib
  • İngiltərə P.L.
  • 23:28 23.09.2026
“Arsenal”ın oyununda hakim səhv edib