- İngiltərə P.L.
- 01:11 26.09.2026
“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea “Mançester Siti”nin mümkün cəzası ilə bağlı xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, hazırda “Fiorentina”da çıxış edən De Xea sosial şəbəkə hesabında bu barədə paylaşım edib:
“Beləliklə... Gəlin danışaq. Belə olan halda mən neçə Premyer Liqa çempionluğu qazanmışam?”
Qeyd edək ki, “şəhərlilər” maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamdan 114-də təqsirli biliniblər. Mümkün sanksiyalar arasında əvvəlki mövsümlərdən xalların silinməsi, maliyyə cəriməsi və hətta Premyer Liqadan kənarlaşdırılma da var.
Əlavə edək k, ispaniyalı qapıçı 2011-2023-cü illərdə “Mançester Yunayted”in formasını geyinib. Bu müddətdə “qırmızı şeytanlar” bir dəfə İngiltərə çempionu olublar. Komanda üç dəfə isə mövsümü ikinci pillədə başa vurub və bütün hallarda “Mançester Siti”dən sonra qərarlaşıb.