- İngiltərə P.L.
- 19:19 26.09.2026
“Liverpul”un hücumçusu Kodi Qakpo yay transfer pəncərəsində “Mançester Siti”yə keçə bilərdi. Lakin tərəflər arasında razılaşma baş tutmayıb.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu “The Telegraph”a açıqlamasında bu məsələni şərh edib:
“Bilmirəm, təfərrüatlara varmaq istəyirsiniz, ya yox, amma bu barədə danışmağın mənası yoxdur. Bu, mənim və ailəm üçün çətin yay oldu. Sadəcə hər şeyin öz axarı ilə getməsinə imkan verdim və nəticədə necə oldusa, elə də oldu.
Bu, çox uzun hekayədir. Yay hər baxımdan çətin keçdi. Sadəcə hər şeyin necə inkişaf edəcəyini izlədim və nəticədə belə alındı. İndi vəziyyət belədir. Mən sadəcə həyatdan zövq almaq və burada, klubda futboldan həzz almaq istəyirəm”.
Qakpo 2026/2027 mövsümündə altı oyunda meydana çıxıb. O, bu görüşlərdə iki qol vurub və dörd məhsuldar ötürmə edib.