- İngiltərə P.L.
- 01:03 27.09.2026
“Mançester Yunayted” və “Çelsi”nin sabiq futbolçusu Xuan Mata “Mançester Siti”nin mümkün cəzası barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, Mata bildirib ki, mümkün cəzanın nəticəsində onun da qazandığı titullardan biri ilə bağlı suallar yarana bilər.
“Bir çox oyunda iştirak etmək və çoxsaylı kuboklar qazanmaq mənə nəsib olub, amma Premyer Liqanı heç vaxt qazanmadım. Yoxsa qazandım? Bilmirəm, sonda nə olacaq, amma düşünürəm ki, ittihamlar doğrudur.
Əlbəttə, Rodri də haqlıdır – o, meydanda ən yaxşı komandanın məhz özləri olduğunu düşünür. Amma qələbə qazanmaq üçün qaydaları pozmağa icazə verildiyini kim deyib?” – deyə Mata “Centredevils”in sözlərini yayıb.
Qeyd edək ki, Müstəqil komissiya “şəhərlilər”i 115 qayda pozuntusundan 114-də təqsirli bilib. Klub həm cari mövsüm, həm də 2009-2018-ci illər arasındakı dövr üçün geriyə dönük xal silinməsi ilə cəzalandırıla bilər.
“Mançester Siti” 2009-2018-ci illər arasında üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub.