- İngiltərə P.L.
- 01:22 29.09.2026
“Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı 115 ittihamın əksəriyyəti üzrə təqsirli bilinib.
90deqiqe.Az-ın məlumatına görə, "şəhərlilər"in sabiq qapıçısı Co Hart da məsələ ilə bağlı fikirlərini bölüşüb.
“Mənim səmimi fikrim budur ki, Halduna güvənməməyim üçün heç bir səbəb yoxdur. Onun dedikləri mənə kifayətdir. Çıxışını bəyəndim. Klubun onun üçün önəmli olduğu açıq şəkildə görünür.
Əgər “Mançester Siti” yekun olaraq təqsirli bilinsə, o zaman bu barədə danışa bilərik. Amma Haldunun dediklərindən sonra bunun baş verəcəyini düşünmürəm.
Hazırda özümü çox inamlı və sakit hiss edirəm. “Mançester Siti”də qazandıqlarımla və komanda olaraq əldə etdiklərimizlə fəxr edirəm”, - deyə Hart "BBC Radio 5 Live"a açıqlamasında bildirib.
Qeyd edək ki, klubun prezidenti Haldun Əl-Mübarək isə “şəhərlilər”in günahsızlığını sübut etmək əzmində olduğunu açıqlayıb.
Əlavə edək ki, Co Hart “Mançester Siti” ilə 6 titul qazanıb. Onlardan ikisi Premyer Liqa çempionluğudur.