29 sentyabr 2026. Çərşənbə axşamı

“Mançester Yunayted”in futbolçusu millidə zədələndi


“Mançester Yunayted”in futbolçusu millidə zədələndi

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik üçün xoşagəlməz xəbər gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın müdafiəçisi Nussair Mazraui Mərakeş millisinin Lesoto ilə keçirdiyi matçda zədələnib.

Mərakeş yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə 2:0 hesabı ilə qalib gəlib. Mazraui ikinci hissədə zədələnərək əvəzlənib.

Futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, Nussair Mazraui 2026/27 mövsümündə “Mançester Yunayted”in heyətində 5 oyunda meydana çıxıb və məhsuldar hərəkətlərlə yadda qalmayıb.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.