1 oktyabr 2026. Cümə axşamı

“Liverpul”un zədəli hücumçusu üçün dönüş tarixi bəlli oldu


“Liverpul”un zədəli hücumçusu üçün dönüş tarixi bəlli oldu

“Liverpul”un zədəli hücumçusu Uqo Ekiteke gələn dekabrda meydana qayıtmağı hədəfləyir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Touchline” məlumat yayıb.

Qeyd edək ki, fransalı futbolçu 2026-cı ilin aprelində ağır zədə alıb. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ ilə qarşılaşmada (0:2) Ekitekenin Axilles vətəri qopub.

Bu zədə səbəbindən hücumçu Şimali Amerikada keçirilən dünya çempionatını buraxmalı olub.

Daha əvvəl “Liverpul”un ağır zədəsinə baxmayaraq fransalı futbolçunu Çempionlar Liqası üçün sifariş ərizəsinə daxil etdiyi barədə məlumat yayılmışdı.

Ekiteke 2025-ci ilin yayında Frankfurt “Ayntraxt”ından transfer olunaraq “Liverpul”un futbolçusu olub.







İngiltərə P.L.