- İngiltərə P.L.
- 00:50 01.10.2026
“Mançester Siti” klubunun titul sponsoru olan “Etihad Airways” İngiltərə Premyer Liqasının (APL) maliyyə işi ilə bağlı müstəqil komissiyanın qərarından sonra liqaya qarşı hüquqi addım atmaq imkanını nəzərdən keçirir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Mayk Kiqan məlumat verib.
Sentyabrın 29-da komissiya “Mançester Siti”ni 2009/10–2017/18 mövsümləri arasında APL-nin maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı bütün ittihamlarda təqsirli bilib. Komissiya klubun “saxta” sponsorluq müqavilələrindən istifadə etdiyini, bununla da gəlirlərini süni şəkildə artırdığını və xərclərini 900 milyon funt sterlinqdən çox azaltdığını müəyyən edib.
“Etihad Airways” isə qayda pozuntularını inkar edir və APL-nin araşdırma çərçivəsində aviaşirkətə müraciət etməməsindən narazıdır.
Şirkət hazırda liqaya qarşı məhkəməyə müraciət etmək imkanını nəzərdən keçirir.