2 oktyabr 2026. Cümə

İngiltərə millisində daha bir itki


İngiltərə millisində daha bir itki

İngiltərə millisinin müdafiəçisi Niko O’Rayli “Mançester Siti”nin düşərgəsinə qayıdıb.

 90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu zədələndiyi üçün Millətlər Liqasında komandanın qalan oyunlarında iştirak etməyəcək. Bu barədə “talkSPORT” məlumat yayıb.

O’Rayli daha əvvəl İngiltərənin 2:0 hesablı qələbəsi ilə başa çatan Çexiya ilə matçı buraxıb. Bundan əvvəl İspaniyaya qarşı keçirilən və 2:3 hesabı ilə başa çatan oyunda isə futbolçu matçın tamamında meydanda olub. Qarşılaşmadan sonra fərdi proqram üzrə məşq edib.

O’Rayli şənbə günü Xorvatiyaya qarşı keçiriləcək matçda, eləcə də üç gün sonra Çexiya ilə baş tutacaq ikinci görüşdə iştirak etməyəcək. Futbolçu zədəsinin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi üçün əlavə müayinədən keçmək məqsədilə kluba qayıdıb.

O’Rayli Millətlər Liqası oyunları üçün İngiltərə millisinin ilkin heyətindən kənarda qalan altıncı futbolçu olub. Daha əvvəl Koul Palmer, Deklan Rays, Markus Reşford, Kobi Maynu və Tino Livramento komandadan ayrılıblar.

Məlumata görə, baş məşqçi Tomas Tuxel O’Raylinin əvəzinə milli komandaya başqa futbolçu çağırmayacaq.







İngiltərə P.L.

İngiltərə millisində daha bir itki
  • İngiltərə P.L.
  • 23:44 01.10.2026
İngiltərə millisində daha bir itki