3 oktyabr 2026. Şənbə

Mançini “Mançester Siti”nin maliyyə işi barədə danışmaq istəmədi


Mançini “Mançester Siti”nin maliyyə işi barədə danışmaq istəmədi

İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Mançester Siti” ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis klubun üzləşdiyi vəziyyətin ona aid olmadığını bildirib.

“Mənə aid deyil. Təəssüf ki, bu, “Mançester Siti”nin problemidir. Mənə aid deyil”, – deyə Mançininin sözlərini jurnalist Fabritsio Romano yayıb.

Qeyd edək ki, Mançini 2009-2013-cü illərdə “Mançester Siti”yə rəhbərlik edib. Onun baş məşqçi olduğu dövrdə komanda İngiltərə çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb.

Xatırladaq ki, daha əvvəl mediada Mançininin “Mançester Siti” ilə rəsmi müqaviləsindən əlavə, daha yüksək gəlir əldə etməsinə imkan verən gizli müqaviləsinin olduğu barədə məlumatlar yayılmışdı.







İngiltərə P.L.

İngiltərə millisində daha bir itki
  • İngiltərə P.L.
  • 23:44 01.10.2026
İngiltərə millisində daha bir itki