3 oktyabr 2026. Şənbə

“Arsenal” “Emirates”in yenidən qurulmasından imtina etdi


“Arsenal” “Emirates”in yenidən qurulmasından imtina etdi

“Arsenal” ev oyunlarını keçirdiyi “Emirates” stadionunun yenidən qurulması layihəsindən imtina edib.

90deqiqe.Az-ın məlumatına görə, layihə stadionun hazırkı 60 min nəfərlik tutumunun əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tuturdu.

Bu məsələ ilə bağlı işçi qrup 2024-cü ildən fəaliyyət göstərirdi. Nəticədə stadionun ayrı-ayrı hissələrinin mərhələli şəkildə yenilənməsi və genişləndirilməsi, həmçinin azarkeşlər üçün şəraitin yaxşılaşdırılması qərara alınıb.

Tribunaların yenidən qurulmasından imtinanın əsas səbəbi işlər zamanı “Arsenal”ın ev oyunlarını başqa stadionda keçirməli olmasıdır. Bu barədə “The Athletic” məlumat yayıb.

“Emirates” stadionu 2006-cı ildə istifadəyə verilib. “Arsenal” daha əvvəl ev oyunlarını 35 min tamaşaçı tutumuna malik “Hayberi” stadionunda keçirirdi.







İngiltərə P.L.

İngiltərə millisində daha bir itki
  • İngiltərə P.L.
  • 23:44 01.10.2026
İngiltərə millisində daha bir itki