4 oktyabr 2026. Bazar günü

Uolkott “Arsenal”ın çempionluq şanslarından danışdı


Uolkott “Arsenal”ın çempionluq şanslarından danışdı

“Arsenal”ın sabiq hücumçusu Teo Uolkott London klubunun səfər oyunlarındakı problemlərinin komandanın İngiltərə çempionluğunu qorumasına mane ola biləcəyini düşünür.

90deqiqe.Az-ın məlumatına görə, keçmiş futbolçu bu barədə “talkSPORT Drive” verilişində bildirib.

“Onlar hələ də səfər oyunlarında müəyyən qədər zəif görünürlər. Tsolisi bəyənirəm, amma səfər matçlarında gördüklərimə əsasən, o, məndə elə də böyük təəssürat yaratmayıb. Elə futbolçular var ki, evdə və ya məşqlərdə yaxşı təsir bağışlayırlar, amma həqiqətən vacib məqamda səfərdə eyni oyunu göstərə bilmirlər. Belədirsə, onu meydana buraxmayın, başqa bir futbolçuya şans verin – komanda üçün çalışan və ya fərqli keyfiyyətlər ortaya qoya bilən oyunçuya üstünlük verin”

Bununla belə, sabiq futbolçu Mikel Artetanın sərəncamında olan heyəti yüksək qiymətləndirib:

“Düşünürəm ki, bu, müstəsna komandadır və yenidən çempion olmaq üçün lazım olan hər şeyə sahibdir. Amma asan olmayacaq. Çünki onlar eyni zamanda Çempionlar Liqasını da qazanmaq istəyəcəklər”.

Qeyd edək ki, beynəlxalq fasilədən sonra “Arsenal” “Lids”lə qarşılaşacaq. Görüş oktyabrın 11-də keçiriləcək. London klubu lider “Mançester Siti”dən 3 xal geri qalır.







İngiltərə P.L.

İngiltərə millisində daha bir itki
  • İngiltərə P.L.
  • 23:44 01.10.2026
İngiltərə millisində daha bir itki