- İngiltərə P.L.
- 01:08 05.10.2026
Fransa millisinin və İngiltərənin “Liverpul” klubunun 21 yaşlı mərkəz müdafiəçisi Jeremi Jakenin kumiri bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, gənc futbolçu Pol Poqbanı özünə nümunə hesab etdiyini bildirib:
“Pol Poqba həmişə mənim üçün örnək olub və indi də belədir. Mən həmişə onun oyununu izləmişəm”, – deyə Jakenin sözlərini Fransanın “Telefoot” nəşri yayıb.
Qeyd edək ki, 33 yaşlı Pol Poqba 2026-cı ilin yayından klubsuzdur. Yarımmüdafiəçinin son klubu Fransanın “Monako” komandası olub. O, daha əvvəl “Yuventus” və “Mançester Yunayted”də çıxış edib.
Poqba Fransa millisinin heyətində 91 oyun keçirib. O, milli komandanın heyətində dünya çempionu və UEFA Millətlər Liqasının qalibi olub.