- İngiltərə P.L.
- 23:54 05.10.2026
Braziliya millisinin sabiq futbolçusu Villian 2020-ci ildə “Çelsi”dən “Arsenal”a keçidi və London klubunda yaşadığı problemlər barədə danışıb.
-ın məlumatına görə, braziliyalı futbolçu bildirib ki, “Arsenal”a keçdikdən cəmi üç ay sonra klubdan ayrılmaq istəyib.
“Mən Arteta və klubdakı hər kəslə görüşdüm. Arteta mənə dedi: “Biz belə oynayacağıq və istəyirəm ki, sən əsas futbolçu olasan. Komandanı sənin ətrafında quracağam”. Üç illik müqavilə imzaladım, amma hər şey planlaşdırıldığı kimi getmədi”, - deyə Villianın sözlərini “talkSPORT” sitat gətirib.
Villian keçidindən qısa müddət sonra məyus olduğunu etiraf edib. O, bunun səbəbini ona vəd edilənlərlə transferdən sonra gördükləri arasında fərq olması ilə izah edib.
“Bədbəxt olduğun zaman öz səviyyəni göstərə bilmirsən. Pul xoşbəxtlik ala bilməz. Bu, karyeramın ən yaxşı müqaviləsi idi, amma xoşbəxt deyildim”, - deyə o bildirib.
Bununla belə, Villianın Mikel Artetaya qarşı şəxsi iradı olmadığını vurğulayıb:
“O, meydanda əla məşqçidir, ideyaları möhtəşəmdir. Amma komandanı idarə etməkdə bəzi şeylər çatışmırdı. İnsanlarla münasibət qurmaq baxımından çatışmazlıqları var idi. Mən həmişə zarafatla deyirəm ki, mənə bir xəyal satdılar, amma bu, o qədər də yaxşı xəyal deyildi”.
Qeyd edək ki, Villian “Arsenal”a keçməzdən əvvəl yeddi il “Çelsi”nin formasını geyinib.