6 oktyabr 2026. Çərşənbə axşamı

“Arsenal”da sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb


“Arsenal”da sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb

İngiltərənin “Arsenal” klubunda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

90deqiqe.Az--ın məlumatına görə, London təmsilçisinin azarkeşləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən, bu ada norveçli yarımmüdafiəçi Martin Edeqor layiq görülüb. 27 yaşlı futbolçu səslərin 65 faizini toplayaraq David Rayya, Bruno Gimaraynş və Ezri Konsanı geridə qoyub.

Edeqor ötən ay İngiltərə Premyer Liqasında üç oyunda meydana çıxıb və bir qolla yadda qalıb. Norveçli futbolçu UEFA Çempionlar Liqasında “Napoli” ilə qarşılaşmada da rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Premyer Liqada 5 turdan sonra “Arsenal” 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. London klubu lider “Mançester Siti”dən 3 xal geri qalır.







İngiltərə P.L.

İngiltərə millisində daha bir itki
  • İngiltərə P.L.
  • 23:44 01.10.2026
İngiltərə millisində daha bir itki