8 oktyabr 2026. Cümə axşamı

Seneqallı futbolçu ürək problemi ilə bağlı həqiqəti açıqladı


Seneqallı futbolçu ürək problemi ilə bağlı həqiqəti açıqladı

“Vest Hem”, “Kristal Pelas” və “Nottingem Forest” klublarının sabiq yarımmüdafiəçisi Şeyku Kuyate 36 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, seneqallı futbolçu karyerası boyunca səhhəti ilə bağlı ciddi problemi gizlətdiyini də etiraf edib.

“Mən anadangəlmə ürək problemindən əziyyət çəkirdim. Bununla futbol oynayırdım”, – deyə Kuyate Seneqalın “Walf TV” telekanalına bildirib.

“ Həkimlər həmişə mənə bu problem barədə xəbərdarlıq edirdilər, amma məsuliyyəti öz üzərimə götürürdüm. Sığorta sənədlərini imzalayırdım və orada başıma gələ biləcək hər şeyə görə məsuliyyətin mənim üzərimdə olduğu qeyd olunurdu.

Karyeramı vaxtından əvvəl bitirməyə məcbur edilmək istəmirdim. Bu barədə heç vaxt ailəmə danışmamışam. Hətta milli komandanın həkimləri də problemimdən xəbərsiz idilər”.

Kuyatenin sözlərinə görə, problem əsasən yüksək dağlıq ərazilərdə və isti havalarda özünü göstərirdi. O, oyunlar zamanı və matçlardan sonra güclü ağrılar hiss edib. Bu ağrılar adətən təxminən beş dəqiqə davam edib. Futbolçu qarşılaşmalardan sonra 24 saat ərzində keçən ağrılı qıcolmalarla da üzləşib.

Kuyate İngiltərə Premyer Liqasında 300-ə yaxın oyun keçirib. O, ötən il “Nottingem Forest”dən ayrılaraq Türkiyənin “Amedspor” klubuna keçib və burada 8 matçda meydana çıxıb.







İngiltərə P.L.