- İngiltərə P.L.
- 23:39 08.10.2026
İngiltərənin “Arsenal” klubunun 16 yaşlı futbolçusu Maks Dauman Ginnesin Rekordlar Kitabına üç rekordla düşüb.
90deqiqe.Az-ın məlumatına görə, ingiltərəli yarımmüdafiəçi UEFA Çempionlar Liqasında ən gənc futbolçu kimi tarixə düşüb. O, turnirdə debüt etdiyi vaxt 15 yaş 308 günlük olub.
Dauman eyni zamanda İngiltərə Premyer Liqasında qol vuran ən gənc futbolçu adını qazanıb. O, bu rekordu 16 yaş 73 günlük ikən müəyyənləşdirib.
“Arsenal”ın heyətində İngiltərə çempionluğu qazanan Dauman 16 yaş 144 günlük yaşında ölkə çempionu olan ən gənc futbolçu kimi də rekord müəyyənləşdirib.
Qeyd edək ki, Maks Daumanın adı Ginnesin Rekordlar Kitabının 2027-ci il üçün “Futbol” nəşrində yer alacaq.