- İngiltərə P.L.
- 23:22 09.10.2026
“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın braziliyalı yarımmüdafiəçisi Estevaonun oyun vaxtı ilə bağlı vəziyyətə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Alonso mətbuat konfransında gənc futbolçunun zədədən sonra vəziyyətinin yaxşılaşdığını və qarşıdakı matçlarda daha çox şans qazanacağını bildirib:
“Mövsüm hələ yenicə başlayıb. Estevaonun zədədən sonra vəziyyəti xeyli yaxşılaşıb. O, Braziliya millisində də oynayıb, lakin orada şərait fərqlidir. Premyer Liqanın hansı tələblər irəli sürdüyünü bilirik. Ayrı-ayrı oyunlarda onun da şansları olacaq və daha çox oyun vaxtı alacaq”, – deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında meydana çıxdığı dörd matçda müvafiq olaraq 7, 9, 4 və 3 dəqiqə oynayıb. O, daha bir qarşılaşmanı isə ehtiyat oyunçular skamyasında keçirib.Oktyabrın 10-da “Çelsi” Premyer Liqanın növbəti turunda doğma meydanda “Bornmut”la qarşılaşacaq.