- İngiltərə P.L.
- 23:22 09.10.2026
“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi mətbuat konfransında “Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı qalmaqal və 2006-cı ildə İtaliya futbolunda baş verən “Kalsiopoli” skandalı barədə sualı cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis bu məsələlərin onun diqqət mərkəzində olmadığını bildirib.
““Mançester Siti”ni nəzərdə tutursunuz? Həmin vaxt futbolçu idim, necə deyərlər, bir az dəli idim. Topla oynamaqdan başqa nə düşündüyümü xatırlamıram. Futbolçu olanda belə məsələlər barədə çox düşünmürsən. Baş məşqçi olduğun zaman isə diqqətini öz oyunçularına yönəldirsən. Başqalarının problemləri barədə düşünməyə vaxtım yoxdur”, — deyə De Zerbi bildirib.
Qeyd edək ki, “Tottenhem” oktyabrın 10-da İngiltərə Premyer Liqasının növbəti turunda səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.