- İngiltərə P.L.
- 23:22 09.10.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının növbəti turunda “Lids”lə keçiriləcək oyun öncəsi mətbuat konfransında komandasının “Brayton”a məğlubiyyətini şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, Arteta komandasının bu məğlubiyyətdən dərs çıxarmalı olduğunu bildirib.
“Sabah həmin oyunun təcrübəsini nəzərə almalıyıq, çünki bu qarşılaşma bizim üçün dərs oldu. O matçdan çox şey öyrənməliyik. Xüsusilə də futbolda əsas prinsiplərə əməl etməyin nə qədər vacib olduğunu anlamalıyıq. “Brayton” kimi güclü komanda ilə qarşılaşanda bu, daha da önəmli olur.
Əsas məsələ kim olduğumuzu anlamaq və möhtəşəm oyunla orta səviyyəli çıxış arasındakı fərqin nə qədər kiçik olduğunu dərk etməkdir”, — deyə Arteta jurnalistlərə bildirib.
Qeyd edək ki, London təmsilçisi sonuncu matçda “Brayton”a 0:3 hesabı ilə uduzub.“Arsenal” – “Lids” qarşılaşması oktyabrın 10-da Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.