- İngiltərə P.L.
- 23:54 09.10.2026
“Football Leaks” işi ilə tanınan portuqaliyalı haker Rui Pintonun müdafiə proqramının dayandırılması barədə qərar etibarsız sayılıb.
90deqiqe.Az-ın “JN.pt"a istinadən məlumatına görə, yeni qərar qəbul edilənədək proqram qüvvədə qalacaq.
Fəaliyyətinin nəticələri “Mançester Siti” klubunun maliyyə pozuntuları ilə bağlı araşdırmanın əsasını təşkil edən Pinto 2020-ci ilin avqustundan müdafiə proqramı çərçivəsində qorunurdu. Proqram ona məxfi ünvanda polis mühafizəsi altında yaşamaq, uydurma məlumatlarla hazırlanmış sənədlərdən istifadə etmək, pulsuz nəqliyyat və yaşayış xərcləri üçün müavinət almaq imkanı verirdi.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Portuqaliyada Pinto “Football Leaks” işi üzrə dörd il müddətinə şərti azadlıqdan məhrum edilib. Həmin ilin noyabrında isə Fransada PSJ klubunun elektron poçtuna qanunsuz daxil olmasına görə altı ay şərti həbs cəzası alıb.