10 oktyabr 2026. Şənbə

Koul Palmerin millidə oynamamasının səbəbi açıqlandı


Koul Palmerin millidə oynamamasının səbəbi açıqlandı

“Çelsi”nin baş məşqçisi Xabi Alonso İngiltərə millisinin çalışdırıcısı Tomas Tuxelin Koul Palmerlə bağlı fikirlərinə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı Palmerin milliyə sadiq olduğunu vurğulayıb:

“Palmer milli komandaya sadiqdir, lakin oyunlarda iştirak etmək üçün tam hazır olmalıdır. Tam hazır vəziyyətə gələndə meydanda keçirdiyi vaxtdan zövq alacaq. O, həm “Çelsi”yə, həm də milli komandaya lazımdır”.

Baş məşqçinin sözlərinə görə, Palmer son bir həftə ərzində məşqlərdə iştirak edib və özünü daha yaxşı hiss edib. Bununla belə, klubda futbolçunun meydana qayıdışını tələsdirmək istəməyiblər.

Qeyd edək ki,Tuxel yarımmüdafiəçinin milli komandanın oyunlarını tez-tez buraxmasını tənqid edib.Palmer son üç həftəlik beynəlxalq fasilə zamanı İngiltərə millisinin düşərgəsinə qoşulmayıb. Futbolçu bərpa prosesini davam etdirmək üçün klubun məşq bazasında qalıb.







İngiltərə P.L.

“Qarışıq hisslər keçirirəm”
  • İngiltərə P.L.
  • 23:46 09.10.2026
“Qarışıq hisslər keçirirəm”