10 oktyabr 2026. Şənbə

“Qarışıq hisslər keçirirəm”


“Qarışıq hisslər keçirirəm”

“Nottingem Forest”in baş məşqçisi Oliver Qlasner sabiq komandası “Kristal Pelas”la qarşılaşma öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis London klubunda keçirdiyi dövrün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Qarışıq hisslər keçirirəm. Orada iki ildən çox möhtəşəm vaxt keçirdim. Azarkeşlər, klub əməkdaşları və birlikdə yaşadığımız anlarla bağlı gözəl xatirələrim var. Bu, həyatımın çox uğurlu dövrü idi. Matçdan əvvəl və sonra, yəqin ki, qucaqlaşmalar olacaq. Ümid edirəm ki, bir neçə ildən sonra “Nottingem Forest”dəki fəaliyyətim barədə də eyni sözləri deyə biləcəyəm”, – deyə Qlasner mətbuat konfransında bildirib.

Qeyd edək ki, Oliver Qlasner 2024-cü ilin fevralından “Kristal Pelas”a rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə London təmsilçisi 2025-ci ildə İngiltərə Kubokunun qalibi olub.







İngiltərə P.L.

“Qarışıq hisslər keçirirəm”
  • İngiltərə P.L.
  • 23:46 09.10.2026
“Qarışıq hisslər keçirirəm”