- İngiltərə P.L.
- 23:54 09.10.2026
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik İngiltərə Premyer Liqasının VI turunda “Tottenhem”lə keçiriləcək oyun öncəsi rəqibi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis London təmsilçisinin topladığı xalların komandanın meydandakı çıxışını tam əks etdirmədiyini bildirib.
“Topladığı xallara baxanda vəziyyəti bəzən meydanda göstərdiyi oyundan daha pis görünür. Matçlarını izləsəniz, güclü futbolçulardan qurulmuş çox yaxşı komanda olduğunu görərsiniz. Bu yay əvvəlkindən fərqli heyət formalaşdırıblar. Ola bilsin ki, daha yaxşı nəticələrə layiq idilər”, – deyə Karrik mətbuat konfransında bildirib.
Qeyd edək ki, Roberto De Zerbinin rəhbərlik etdiyi “Tottenhem” beş oyunda iki xal toplayaraq turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb. Beş xalı olan “Mançester Yunayted” isə rəqibindən səkkiz pillə öndədir. Komandalar arasında VI tur matçı oktyabrın 10-da keçiriləcək.