10 oktyabr 2026. Şənbə

De Zerbi Kulusevskinin vəziyyəti barədə danışdı


De Zerbi Kulusevskinin vəziyyəti barədə danışdı

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi komandanın yarımmüdafiəçisi Deyan Kulusevskinin vəziyyəti barədə danışıb.

 90deqiqe.Az-ın məlumatına görə, De Zerbinin sözlərinə görə, Kulusevski bərpa prosesində yaxşı çalışır və oktyabrın 10-da “Mançester Yunayted”lə keçiriləcək oyuna komanda ilə birlikdə yollanacaq. Mütəxəssis futbolçunun xarakterini xüsusi vurğulayıb.

“Yaxşı çalışır. Sabah bizimlə birlikdə oyuna yollanacaq. Pedro Porro da komandada olacaq. Məncə, Kulusevski hər kəs üçün nümunədir. Söhbət onun necə futbolçu olmasından getmir. Əsas məsələ zədəyə və bəxtsizliklərə necə reaksiya verməsi, hansı xarakter nümayiş etdirməsidir”, – deyə De Zerbinin sözlərini klubun rəsmi saytı sitat gətirib.

Bununla belə, baş məşqçi Kulusevskinin matçın iştirak ərizəsinə nə vaxt daxil ediləcəyini dəqiqləşdirə bilməyib.

Qeyd edək ki, isveçli futbolçu dizindən aldığı zədə səbəbindən London klubunun 59 oyununu buraxıb. O, sonuncu dəfə 2025-ci ilin mayında meydana çıxıb.







İngiltərə P.L.

“Qarışıq hisslər keçirirəm”
  • İngiltərə P.L.
  • 23:46 09.10.2026
“Qarışıq hisslər keçirirəm”