- İngiltərə P.L.
- 20:23 10.10.2026
İngiltərə Premyer Liqasının VI turunda “Aston Villa” doğma meydanda “Brentford”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qonaqlar artıq 10-cu dəqiqədə hesabı açıblar. Ukraynalı yarımmüdafiəçi Yeqor Yarmolyuk “Brentford”u önə keçirib. Lakin meydan sahibləri cəmi iki dəqiqə sonra Nikolass Ceksonun qolu ilə bərabərliyi təmin ediblər.
Fasilədən sonra komandalar üstünlük əldə etmək üçün mübarizəni davam etdiriblər. Görüşün 77-ci dəqiqəsində Con Makginn “Aston Villa”nı hesabda önə keçirib.
Ancaq meydan sahiblərinin sevinci uzun çəkməyib. İki dəqiqə sonra Kristoffer Ayer fərqlənərək hesabı yenidən bərabərləşdirib. Qalan vaxtda komandalar qol vura bilməyiblər və matç 2:2 hesabı ilə yekunlaşıb.