- İngiltərə P.L.
- 22:33 10.10.2026
İngiltərə Premyer Liqasının VI turunda “Mançester Yunayted” doğma meydanda “Tottenhem”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahibləri qələbəyə yaxın olsalar da, London təmsilçisi azlıqda mübarizə aparmasına baxmayaraq, əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirib.
Matçda ilk qol 73-cü dəqiqədə vurulub. Brayan Mbeumo “Mançester Yunayted”i hesabda önə keçirib.
78-ci dəqiqədə isə “Tottenhem”in işi çətinləşib. Rodriqo Bentankur qırmızı vərəqə alaraq meydandan qovulub və qonaqlar azlıqda qalıblar.
Buna baxmayaraq, London təmsilçisi hesabı bərabərləşdirmək üçün hücumlarını davam etdirib. Səylər 90+2-ci dəqiqədə nəticə verib. Dominik Solanke fərqlənərək “Tottenhem”ə bir xal qazandırıb.