11 oktyabr 2026. Bazar günü

“Düzgün xarakter və münasibət gördüm”


“Düzgün xarakter və münasibət gördüm”

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə çempionatında “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının ilk hissədəki çıxışından razı qaldığını bildirib.

“Düşünürəm ki, güclü komandaya qarşı çox yaxşı oynadıq. İlk hissədə oyuna tam nəzarət edirdik. Qol vurmaq imkanımız var idi və ümumilikdə çoxlu qol vəziyyəti yaratdıq. Fərqlənmək üçün əla fürsətimiz oldu, amma ondan yararlana bilmədik”.

Baş məşqçi ikinci hissədə çətinliklərlə üzləşməyin təbii olduğunu vurğulayıb:

“Belə stadionda bu səviyyəli futbolçulara qarşı oynayarkən ikinci hissədə çətinlik çəkməyimiz təbii idi. Amma çox razıyam, çünki komandada düzgün yanaşma, xarakter və oyuna münasibət gördüm. İstəyirəm ki, eyni ruhda davam edək, bu xarakteri, reaksiyanı və futbola belə münasibəti qoruyaq”.

Qeyd edək ki, “Tottenhem” 3 xalla turnir cədvəlinin 18-ci pilləsinə yüksəlib. Komanda növbəti turda “Koventri”ni qəbul edəcək.







İngiltərə P.L.

“Düzgün xarakter və münasibət gördüm”
  • İngiltərə P.L.
  • 23:59 10.10.2026
“Düzgün xarakter və münasibət gördüm”
“Çelsi” “Bornmut”u darmadağın etdi
  • İngiltərə P.L.
  • 20:11 10.10.2026
“Çelsi” “Bornmut”u darmadağın etdi