11 oktyabr 2026. Bazar günü

“Hall Siti” – “Everton” matçında qalib müəyyənləşmədi


“Hall Siti” – “Everton” matçında qalib müəyyənləşmədi

İngiltərə çempionatının VI turunda “Hall Siti” və “Everton” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Matçda vurulan dörd qolun hamısı ikinci hissəyə təsadüf edib.

İlk yarıda komandalar fərqlənə bilməyiblər. Fasilədən sonra isə hesab açılıb. Görüşün 49-cu dəqiqəsində Cozef Gelhardt “Hall Siti”ni önə çıxarıb.

Lakin qonaqların cavabı gecikməyib. 55-ci dəqiqədə Kirnan Dyusberi-Holl hesabı bərabərləşdirib. 68-ci dəqiqədə isə Tierno Barri “Everton”un ikinci qolunu vuraraq komandasını hesabda önə keçirib – 2:1.

Bununla belə, meydan sahibləri məğlubiyyətdən xilas olmağı bacarıblar. 74-cü dəqiqədə Məhəmməd Bellumi fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib – 2:2.







İngiltərə P.L.

“Düzgün xarakter və münasibət gördüm”
  • İngiltərə P.L.
  • 23:59 10.10.2026
“Düzgün xarakter və münasibət gördüm”
“Çelsi” “Bornmut”u darmadağın etdi
  • İngiltərə P.L.
  • 20:11 10.10.2026
“Çelsi” “Bornmut”u darmadağın etdi