11 oktyabr 2026. Bazar günü

“Mançester Siti” “Liverpul”u darmadağın etdi


“Mançester Siti” “Liverpul”u darmadağın etdi

İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün VI turunda “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Enfild” stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Kris Kavana idarə edib.

Matçın 62-ci dəqiqəsində “Liverpul”un futbolçusu Rayan Qravenberx qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan üç dəqiqə sonra Erlinq Haaland hesabı açıb. 68-ci dəqiqədə Jeremi Doku fərqi iki topa çatdırıb. 78-ci dəqiqədə isə Rayan Şerki “Mançester Siti”nin üçüncü qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Doqquz xalı olan “Liverpul” isə doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti turda “Liverpul” oktyabrın 17-də “Brentford”la, “Mançester Siti” isə həmin gün “İpsviç Taun”la qarşılaşacaq.







İngiltərə P.L.

“Düzgün xarakter və münasibət gördüm”
  • İngiltərə P.L.
  • 23:59 10.10.2026
“Düzgün xarakter və münasibət gördüm”
“Çelsi” “Bornmut”u darmadağın etdi
  • İngiltərə P.L.
  • 20:11 10.10.2026
“Çelsi” “Bornmut”u darmadağın etdi