12 oktyabr 2026. Bazar ertəsi

Timber Artetanın yeni müqaviləsini şərh etdi


Timber Artetanın yeni müqaviləsini şərh etdi

“Arsenal”ın müdafiəçisi Yurriyen Timber baş məşqçi Mikel Artetanın klubla müqaviləsini 2030-cu ilə qədər uzatmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisinin ispaniyalı mütəxəssislə yeni müqavilə imzalamasından məmnunluğunu ifadə edən futbolçu onun komandaya böyük töhfə verdiyini vurğulayıb.

“Məşqçinin “Arsenal” qarşısındakı xidmətlərinin nə qədər böyük olduğunu əlavə izah etməyə ehtiyac yoxdur. O, klubu dəyişib, lakin əldə olunanlarla kifayətlənmək fikrində deyil və biz ona dəstək olacağıq. Artetanın yeni müqavilə imzalamasına sevinirəm. Ümid edirəm ki, bizi birlikdə uğurlu keçəcək daha uzun illər gözləyir. Mikelin rəhbərliyi altında oynamaqdan məmnunuq”, – deyə Timberin sözlərini “Arsenal Radar” sitat gətirib.

Qeyd edək ki, şənbə günü “Arsenal” İngiltərə Premyer Liqasının oyununda doğma meydanda “Lids”i 2:1 hesabı ilə məğlub edib.







İngiltərə P.L.

“Düzgün xarakter və münasibət gördüm”
  • İngiltərə P.L.
  • 23:59 10.10.2026
“Düzgün xarakter və münasibət gördüm”