12 oktyabr 2026. Bazar ertəsi

“Mançester Siti” başqalarının əlindən alınmış xatirələr barədə düşünməlidir”


“Mançester Siti” başqalarının əlindən alınmış xatirələr barədə düşünməlidir”

“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Mançester Siti”nin maliyyə qaydalarını çoxsaylı pozması ilə bağlı mümkün cəzalar barədə danışıb. İngiltərə klubu qərarlardan birinə qarşı apellyasiya şikayəti verib.

90deqiqe.Az-ın məlumatına görə, Cerrard bildirib ki, 2013/2014 mövsümündə “Liverpul”un çempionluğunu itirməsi ilə barışıb və həmin mövsüm üçün İngiltərə Premyer Liqasının qalib medalını almağı gözləmir. 

 “Mən Premyer Liqanı heç vaxt qazana bilməməyimlə barışmışam. Burada oturub çempionluq medalını qəbul edəcəyimi deyən insanlardan deyiləm. Amma “Mançester Siti”nin futbolçularının və azarkeşlərinin “Bizim o anlarımızı əlimizdən ala bilməzsiniz” dediklərini eşitmişəm. Bəs onların başqalarını məhrum etdikləri anlar necə olsun?

Söhbət təkcə məndən və “Liverpul”dan getmir. “Tottenhem”, “Mançester Yunayted”, “Everton” və digər klubların azarkeşləri də var. “Mançester Siti” ilə əlaqəsi olan hər kəs başqalarının əlindən alınmış ola biləcək xatirələr barədə düşünməlidir”, – deyə Cerrardın sözlərini “The Touchline” nəşri sitat gətirib.

Qeyd edək ki, həmin vaxt Mersisayd təmsilçisi çempionatı ikinci pillədə başa vurub, “Mançester Siti” isə çempion olub.

Əlavə edək ki, daha əvvəl mətbuatda maliyyə qaydalarının pozulması ilə bağlı iş çərçivəsində “Mançester Siti”nin Premyer Liqadan kənarlaşdırıla biləcəyi barədə xəbərlər yayılıb.







İngiltərə P.L.

“Düzgün xarakter və münasibət gördüm”
  • İngiltərə P.L.
  • 23:59 10.10.2026
“Düzgün xarakter və münasibət gördüm”