- İngiltərə P.L.
- 22:52 12.10.2026
“Mançester Yunayted”in müdafiəçisi Lyuk Şou və yarımmüdafiəçisi Kobi Mainu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Atletiko”ya qarşı keçiriləcək matçda iştirak edə bilməyəcəklər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İngiltərə klubunun baş məşqçisi Maykl Kerrik məlumat verib.
Mütəxəssisin sözlərini jurnalist Fabritsio Romano yayıb: “Onlar səhhətlərində yaranan problemlərə görə komanda ilə birlikdə səfərə yollanmayıblar”.
“Atletiko” – “Mançester Yunayted” qarşılaşması oktyabrın 13-də Madriddə keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə hər iki komanda turnirin ilk turunda məğlub olub.
Qeyd edək ki, 2026/2027 mövsümündə Lyuk Şou beş matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Kobi Mainu isə səkkiz oyunda bir məhsuldar ötürmə edib.