- İngiltərə P.L.
- 21:26 13.10.2026
“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager komandanın almaniyalı yarımmüdafiəçisi Florian Virtsin çıxışını tənqid edib.
90deqiqe.Az-ın məlumatına görə, ingiltərəli mütəxəssis futbolçunun həm müdafiədə, həm də geriyə qayıdarkən komandaya kifayət qədər kömək etmədiyini bildirib.
“Mən heç kimin bu futbolçunun üzərinə getməsini istəmirəm. Lakin düşünürəm ki, ondan daha çoxunu gözləməkdə haqlıyıq və daha artıq gözləməyə vaxtımız yoxdur”, – deyə Karragerin sözlərini “Sky Sports” sitat gətirib.
Qeyd edək ki, 23 yaşlı Florian Virts 2025-ci ilin yayından “Liverpul”da çıxış edir. O, bütün turnirlərdə mersisaydlıların heyətində 56 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
“Liverpul” bir il əvvəl yarımmüdafiəçini Leverkuzen “Bayer”indən təxminən 125 milyon avroya transfer edib.