13 oktyabr 2026. Çərşənbə axşamı

Tomaş Souçek “Vest Hem”lə müqaviləsini uzadıb


Tomaş Souçek “Vest Hem”lə müqaviləsini uzadıb

Çexiya millisinin mərkəz yarımmüdafiəçisi Tomaş Souçek İngiltərənin “Vest Hem” klubu ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın London təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı futbolçu 2027/2028-ci illər mövsümünün sonunadək komandada çıxış edəcək.

Souçek yeni müqavilə ilə bağlı fikirlərini bölüşüb:

“Ürəkdən deyə bilərəm ki, “Vest Hem” mənim evimdir. İndiyədək əldə etdiklərimizlə fəxr edirəm və inanıram ki, daha böyük uğurlara imza atacağıq”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, çexiyalı yarımmüdafiəçi cari mövsümdə “Vest Hem”in heyətində Çempionşipdə bir oyunda iştirak edib. London klubu hazırda İngiltərənin ikinci ən güclü futbol liqasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Düzgün xarakter və münasibət gördüm”
  • İngiltərə P.L.
  • 23:59 10.10.2026
“Düzgün xarakter və münasibət gördüm”