14 oktyabr 2026. Çərşənbə

“Karriki günah keçisi etmək olmaz”


 “Karriki günah keçisi etmək olmaz”

“Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis İngiltərə klubunda yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Metaratings” portalı sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Karrikin vəzifəsindən uzaqlaşdırılacağını istisna etmirəm, amma günah təkcə onda deyil. Hamı məsuliyyət daşıyır, bütün günahı baş məşqçinin üzərinə atmaq olmaz. Müəyyən hallar, bəxt amili və başqa səbəblər də var. İkinci mövsüm həmişə daha çətin keçir və hazırda Karrik üçün vəziyyət bir il əvvəlkindən xeyli mürəkkəbdir”

Qeyd edək ki, İngiltərə Premyer Liqasında altı turdan sonra “Mançester Yunayted” cəmi 6 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Çempionlar Liqasının ümumi mərhələsində isə “qırmızı şeytanlar” iki oyundan sonra 3 xal toplayıblar. İlk turda “Sabah”ı 4:0 hesabı ilə məğlub edən komanda ötən çərşənbə axşamı Madriddə “Atletiko”ya 0:2 hesabı ilə uduzub.







İngiltərə P.L.

 “Karriki günah keçisi etmək olmaz”
  • İngiltərə P.L.
  • 21:56 14.10.2026
“Karriki günah keçisi etmək olmaz”