15 oktyabr 2026. Cümə axşamı

“Fulhem”in baş məşqçisi hakimləri tənqid etdiyinə görə cərimələndi


“Fulhem”in baş məşqçisi hakimləri tənqid etdiyinə görə cərimələndi

İngiltərənin “Fulhem” klubunun baş məşqçisi Alvaro Arbeloa hakimliklə bağlı açıqlamalarına görə 25 min funt sterlinq məbləğində cərimələnib və xəbərdarlıq alıb.

90deqiqe.Az-ın “Independent"ə istinadən məlumatına görə cəza mütəxəssisin “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçədən sonra səsləndirdiyi fikirlərlə bağlıdır. Qarşılaşma sentyabrın 20-də “Kreyven Kottec” stadionunda keçirilib.

Müstəqil komissiyanın dərc etdiyi qərarda bildirilib ki, Arbeloanın açıqlamaları oyun ərzində hakimlərin dəfələrlə qərəzli qərarlar verdiyi, eləcə də başqa matçda buraxılmış səhvin əvəzini çıxmağa çalışdıqları barədə iddialar ehtiva edib.

İspaniyalı mütəxəssis artıq qeyri-münasib davranış nümayiş etdirdiyini etiraf edib.

Qeyd edək ki, Arbeloa “Real Madrid”dən ayrıldıqdan sonra “Fulhem”in baş məşqçisi kimi ilk mövsümünü keçirir. London təmsilçisi İngiltərə Premyer Liqasının ilk altı turundan sonra cəmi iki xal toplayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.







İngiltərə P.L.

 “Karriki günah keçisi etmək olmaz”
  • İngiltərə P.L.
  • 21:56 14.10.2026
“Karriki günah keçisi etmək olmaz”