- İngiltərə P.L.
- 23:58 14.10.2026
“Çelsi”nin yarımmüdafiəçisi Cordan Henderson azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən İngiltərə çempionatının geridə qalan turunun ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, ingiltərəli futbolçu “Bornmut”la matçda (5:1) iki qol vurub və bir məhsuldar ötürmə verərək səslərin 53 faizini qazanıb.
36 yaşlı Henderson artıq ikinci dəqiqədə bir toxunuşla hesabı açıb. Bir dəqiqə sonra isə Morqan Rocersin qoluna assist edib. Daha sonra yarımmüdafiəçi cərimə zərbəsindən topu qapının yuxarı küncünə göndərərək dubl edib.
Henderson bununla da “Çelsi” tarixində bir İngiltərə Premyer Liqası matçında üç qolda birbaşa iştirak edən ən yaşlı futbolçu olub. Liqada daha böyük yaşda bu göstəriciyə nail olan sonuncu oyunçu isə Kriştiano Ronaldodur. Portuqaliyalı hücumçu 2022-ci ilin aprelində “Mançester Yunayted”in “Norviç”lə görüşündə iki qol vurub və bir məhsuldar ötürmə verib.
Qeyd edək ki, Henderson 2026/2027 mövsümündə bu mükafatı qazanan ikinci “Çelsi” futbolçusudur. İlk turda “Fulhem”lə matçdan sonra ən çox səsi Koul Palmer toplamışdı.