8 noyabr 2026. Bazar günü

Premyer Liqada 131 ildən sonra ...


Premyer Liqada 131 ildən sonra ...

İngiltərə Premyer Liqasının X turunda səfərdə "Sauthempton"un qonağı olan "Lester" 9:0 hesablı qələbə qazanıb.

Corner.az xəbər verir ki, bu, İngiltərə çempionatları tarixinin ən böyükhesablı səfər qələbəsi olub.

131 illik tarix ərzində heç bir elita komandası səfərdə rəqib qapısından 9 cavabsız top keçirməmişdi. Ümumilikdə isə "Mançester Yunayted"in rekordu təkrarlanıb. Belə ki, "qırmızı şeytanlar" 1995-ci ildə evdə "İpsviç"i bu hesabla üstələmişdi.

Dünənki qarşılaşmada "Lester"in oyunçuları Ceymi Vardi və Ayose Peres hərəyə 3 dəfə fərqlənib. Bununla "Arsenal"a məxsus 2003-cü ildəki rekord da təkrarlanıb. "Topçular"ın həmin vaxt "Sauthempton"la görüşündə iki oyunçusu (Rober Pires, Cermeyn Pennant) het-trikə imza atmışdı.

Bu, həm də "Sauthempton" tarixinin ən böyükhesablı məğlubiyyəti olub.(matc)







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”