- İngiltərə P.L.
- 01:38 16.10.2026
UEFA maliyyə qaydalarının pozulması ilə bağlı təqsiri təsdiqlənərsə, “Mançester Siti”ni 7-10 il müddətinə avrokuboklardan kənarlaşdıra bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Sezar Auqusto Londonyo “X” sosial şəbəkəsində məlumat yayıb.
İngiltərə Premyer Liqasının müstəqil komissiyası klubu 2009-2018-ci illərdə baş verdiyi iddia olunan maliyyə pozuntuları ilə bağlı irəli sürülən 115 ittihamın böyük əksəriyyəti üzrə təqsirli bilib. Komissiyanın məlumatına görə, “Mançester Siti” gəlirlərini təxminən 830 milyon funt sterlinq artıq göstərib. Ümumi maliyyə təhriflərinin məbləği isə 900 milyon funt sterlinqi ötüb.
Qeyd edək ki, 2020-ci ildə İdman Arbitraj Məhkəməsi (CAS) maliyyə feyr-pley qaydalarının pozulmasına görə UEFA-nın “Mançester Siti”ni iki mövsüm müddətinə avrokuboklardan kənarlaşdırmaq qərarını ləğv edib.